“Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 fevral tarixli 1289 nömrəli Fərmanında dəyişiklik edilib.
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Dəyişiklikdən öncə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə “Elektron su təsərrüfatı” informasiya sisteminin (ESTİS) fəaliyyətinin təşkili, saxlanılması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görürdü.
Fərmanla bundan sonra bu səlahiyyəti Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirəcək.
Yeni fərmana görə, ESTİS-in sahibi və operatoru Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir.