İki rayonda qaz verilişi dayandırılıbbackend

Ağsu və Kürdəmirdə qazın verilməsində fasilə yaranıb.

“Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” yüksəktəzyiqli Magistral Qaz Kəmərində xətti sipərdə baş vermiş nasazlıqla əlaqədar bu gün saat 14:30-dan etibarən işlər başa çatanadək “Kəndoba” və “Sığırlı” QPS-lərdən qaz təchizatı dayandırılıb.

Təmir işləri aparılan müddətdə Ağsu və Kürdəmir rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.