İkiqat dünya çempionu futbolçunu Messi və Ronaldodan daha texnikalı adlandırıb

Keçmiş braziliyalı futbolçu Kafu hesab edir ki, həmyerlisi Neymar texnologiya baxımından argentinalı Lionel Messi və portuqaliyalı Kriştiano Ronaldodan güclüdür.

O, bu barədə TNT Sports Brasil telekanalına müsahibəsində danışıb.

“Texniki olaraq Neymar Messi, Cristiano Ronaldo, de Bruyne və bütün digər oyunçulardan daha yaxşıdır. Onun təsir edici qabiliyyətləri var.

Neymar hər zaman Braziliya millisində ümid bəslədiyimiz oyunçudur. Braziliya millisi Neymarla bir komandadır, onsuz isə tamam başqadır. O, həqiqətən də fərq yaradır”, – ikiqat dünya çempionu deyib.

Mənbə: NTV Spor

Oxşar xəbərlər