İKTA-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən tədbir keçirilib.
İştirakçılar Ulu Öndərin xatirəsinə hörmət və ehtiramlarını birdəqiqəlik sükutla ifadə ediblər.
Tədbirdə çıxış edən İKTA-nın İdarə heyətinin sədri Nail Mərdanov Ümummilli Liderin Azərbaycan xalqı üçün göstərdiyi əvəzsiz xidmətlər haqqında danışıb.
Qurum rəhbəri qeyd edib ki, Ulu Öndər Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilib, ölkənin gələcək inkişaf strategiyasını müəyyən edib və onun həyata keçirilməsi üçün mühüm addımlar atıb.
Nail Mərdanov bildirib ki, Heydər Əliyevin fəaliyyətində iqtisadi inkişafın təmin edilməsi və bu istiqamətdə islahatlar aparılması prioritet sahələr olub. Hələ Ulu Öndərin Azərbaycana ilk rəhbərliyi dövründə respublikanın dinamik inkişafı üçün kompleks proqramlar işlənib hazırlanıb və həyata keçirilib.
Sonra İKTA kollektivi inzibati binanın foyesində Ulu Öndərin xatirəsinə həsr olunmuş guşəni ziyarət edib.