İKTA internet istifadəçiləri üçün yeni bələdçi hazırlayıbbackend

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi internet istifadəçiləri üçün yeni bələdçi hazırlayıb.

Evdə və ofisdə internetin zəif işləməsi hər zaman provayderlə bağlı olmur.

İKTA tərəfindən hazırlanan “Wi-Fi optimallaşdırma tövsiyələri” adlı bələdçi sürətli, stabil və təhlükəsiz internet bağlantısı üçün praktik həllər təqdim edir.

Bələdçidə routerin düzgün yerləşdirilməsi, 2.4 GHz və 5 GHz tezliklərinin düzgün seçimi, Wi-Fi 5 və Wi-Fi 6 standartları arasındakı fərqlər, siqnalın gücləndirilməsi üsulları, həmçinin kibertəhlükəsizlik və açıq Wi-Fi şəbəkələrinin riskləri barədə ətraflı məlumat verilir.

Qeyd olunur ki, bir neçə sadə addım vasitəsilə internet sürətini 5-10 dəfə artırmaq mümkündür.

Daha ətraflı: https://tinyurl.com/bpazxaba