İKTA-ya şöbə müdiri təyin edilibbackend

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindəki İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin edilib.

İctimai.az APA-ya istinadla xəbər verir ki, bu vəzifə Cahangir Atakişiyevə həvalə olunub.

Qeyd edək ki, C.Atakişiyev bundan öncə RİNN-də ictimaiyyətlə əlaqələr üzrə müxtəlif vəzifələrdə çalışıb.