İlahə Səfərzadə: “Azyaşlı ana”backend

Nəfəs belə almadan qaranlıq bağın xəfif xışıltısına qulaq kəsildi. Uzaqdan hansısa bir quşun vahiməyə salan səsi gəldi. Dayanıb bir neçə saniyə ərzində fikrini toplayıb qərar verməyə çalışdı. Ayağının altındakı quru budaqlar onun ağırlığına tab gətirməyərək çırtıltı ilə sındılar. Əsəblə yerə baxıb hirsindən dodağını o qədər bərk dişlədi ki ağzına qan dadı yayıldı. Birdən uzaqdan gələn quşun səsi kəsildi. İndi sadəcə lənətə gəlmiş üzücü sükut bağın üstünə qara parça kimi enmişdi. Qucağınakı körpəyə diqqətlə baxdı. Ayın işığı uşağın məsum və yuxulu üzünü işıqlandırırdı.

Yaşından asılı olmayaraq bütün qətl qurbanları adətən eyni cür görünürlər. Eləbil gözəl günahsız və ölümə məhkum olmaq onların taleyinə yazılır. Az sonra bu günahdan yaranmış məsum varlığın həyatına son qoyacaqdı. On səkkiz yaşlı Zəhranın əlləri körpənin balaca nazik boğazında gəzdi. Dəli adamlar kimi möhkəmdən isterik şəkildə güldü. Tez də qorxu içində çevrilib arxada artıq uzaqlaşdığı evə baxdı. Əlbəttə o bunu edəcəkdi. Körpəsini boğub öldürmüş ana. Sanki öz qurbanının nəfəs aldığı son dəqiqələrə şahidlik etmək istəyən bir iblis idi. Gözündən bir damla yaş axıb uşağın üzündə yerə düşüb sınan şüşə kimi fərqli parçalara bölünüb yoxa çıxdı. Eynən Zəhranın xoşbəxt xəyalları kimi. Qucağındakı uşaq dəqiqələr keçdikcə gözünə daha məsum, daha günahsız görünməyə başlamışdı.

Bəs niyə məhz indi. Tam da onun həyatına son qoyacağı gün. Doqquz aydır ki bu körpəni onu dünyaya gətirib öldürmək üçün bətnində saxlamışdı. Beləcə intiqam alacaqdı ona pislik edən insanlardan. Addımlarını sürətləndirib evdən bir az da uzaqlaşmağa çalışdı. Üzünü çevirib getdikcə ondan uzaqlaşan və uzaqlaşdıqca qucağındakı körpəni ölümə bir az da yaxınlaşdıran böyük evə baxdı. Özündən çox yaşlı heç sevmədiyi əri orada hər şeydən xəbərsiz yatmışdı indi. Əslində bunu indi planlaşdırmamışdı. Hamilə olduğunu bildiyi ilk günlərdə ağlına gəlmişdi bu plan. Çünki düşünmüşdü ki onun uşağı sevgidən yaranmayıb. Təcavüzdən və zorlanmadan.

Bir dəfə haradansa oxumuşdu ki yaralı əsgərlər döyüş meydanında can verərkən onlara morfi vurulmağı və anaları üçün yalvarırlarmış. İndi o da yalvarmaq istəyirdi. Amma kimə yalvarmaq istədiyini bilmirdi. Çünki indi çox kiçik körpə və kimsəsiz canın taleyi onun əlində idi. Bəs onun taleyi kimin əlində idi. Onu da öz valideynləri diri-diri məzara gömmüşdülər. Uzaqda görünən içi ev kimi dizayn olunmuş məzara…

Qucağındakı uşaq qımıldanıb oyanmaq istədi. Yenidən yuxulaması üçün qollarında yellədi. Anadan olduğu hələ bir neçə gün idi.