İlham Əliyev Belçika kralını təbrik etdibackend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belçikalıların Kralı Filipə təbrik məktubu göndərib.

İctimai.az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

“Belçika Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm”.