İlham Əliyev bir dünya lideridir – Elşən Alcansoybackend

Yüksək iştirakçılıq və yüksək səs faizi birliyimizin, həmrəyliyimizin, gücümüzün sarsılmazlığının göstəricisi olacaq. İlham Əliyev bir dünya lideridir. Bu fikri təsdiqləmək üçün onu kiminlə müqayisə etmək əbəsdir, əvəzinə, aşağıdakıları əlahəzrət faktlara əsaslanmaq yetərlidir.

1. Gərginləşən, sürətlə dəyişən, eyni zamanda qloballaşan dünyada balanslaşdırılmış xarici siyasət qurub, davamlılığını qoruya bildi.
2. Qardaş ölkələrlə, ələlxüsus Türkiyə ilə sarsılmaz bağlar yaratdı.
3. Ordumuzu modernləşdirdi.
4. 30 illik işğala son qoymaqla yanaşı, torpaqlarımızda yaradılmış qondarma bir qurumu süquta uğratdı.
5. Böyük və uzunmüddətli tagediyaya son qoyaraq xalqının taleyini, pessimistləşmiş psixologiyasını dəyişdi.
6. Dünya güclərinin dəstəklədiyi Ermənistanı məğlub etdi.
7. “Böyük” Ermənistanın bütün xülyalarını heç etdi.
8. Rusiya və Qərb arasında ağılasığmaz müvazinət siyasəti gərçəkləşdirdi.
9. Meydanda və siyasi masada ardıcıl qələbələr qazandı.
10. Müharibədən öncə, Vətən müharibəsi zamanı və postmüharibə dövründə inanılmaz, bənzəri az rastlanan diplomatiya həyata keçirdi.
Heç bir arqument İlham Əliyevin dünya liderlərindən biri olması faktını zəiflədə bilməz.
Ziyalı bir xalqın da prioriteti belə bir geosiyasi dövrdə öz istiqlalını, suverenliyini, dövlətçilik varlığını qorumaq olmalıdır. Bu da, ancaq, təcrübəli, qətiyyətli, əzmkar, uzaqgörən bir liderlə mümkündür.
Düşünürəm ki, Azərbaycan xalqının mütləq əksəriyyəti İlham Əliyevin prezidentliyinin davam etməli olması qənaətindədir və yüksək ehtimal, yenidən onu seçəcəkdir. Ancaq, biz bir xalq olaraq, 7 fevral günü hər bir nəticəni ən yüksək etməliyik! Hamılıqla, yekdilliklə öz seçki hüququmuzdan istifadə edib, ilk növbədə, öz vəfa borcumuzu yerinə yetirməliyik. Həmçinin, bununla Komandanımıza təşəkkürümüzü və inamımızı ifadə edib, liderimizin gələcək hədəflər üçün motivasiyasını yüksəltməliyik.
Eyni zamanda, yüksək iştirakçılıq və əldə ediləcək yüksək səs faizi sarsılmaz birliyimizi, həmrəyliyimizi, gücümüzü dünyaya göstərmək üçün əvəzsiz imkandır. Bu, çağdaş dünyada yeni Azərbaycan üçün, yeni ideallar və yeni iddialar üçün təsəvvür etdiyimizdən daha çox vacibdir, daha zəruridir.
Nəticə etibarilə, hər kəsi məsuliyyətli bir vətəndaş kimi, 7 fevral Prezident seçkilərində iştirak etməyə və dövlətimizə növbəti illərdə başçılıq etmək üçün ən layiqli namizədə səs verməyə, həmçinin, yaxın ətrafını da bu düşüncə ilə seçkilərə səsləməyə çağırıram.
Daha güclü, daha böyük, daha bütün
Azərbaycan üçün!
“Nərimanov Tibb Mərkəzi” publik hüquqi şəxsin Ümumi şöbə müdiri Elşən Alcansoy