İlham Əliyev bir qrup hərbçini “Şuşanın azad olunmasına görə” və “Ağdamın azad olunmasına görə” medalı ilə təltif etdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 5700-dən çox hərbi qulluqçu təltif edilib.

Siyahı ilə buradan tanış ola bilərsiniz.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 3500-dən çox hərbi qulluqçu təltif edilib.

Siyahı ilə buradan tanış ola bilərsiniz.

Oxşar xəbərlər