İlham Əliyev bir sıra şəxslərə medal verdi – SİYAHIbackend

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

İctimai.az bununla bağlı President.az-a istinadən xəbər verir.

Sərəncama əsasən, vətəndaşların mənzil təminatının yaxşılaşdırılması sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:

Qədimov Çingiz Sahib oğlu

Məmmədov Elşad Pənah oğlu

Salmanov Azər Ağababa oğlu

Şərifov Rizvan Həmid oğlu

Şiriyeva Kəmalə Məzahir qızı.