İlham Əliyev icra başçısını vəzifəsindən azad etdibackend

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

İctimai.az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidentinin təqdimatı əsasında Naxçıvan MR Ali Məclisi qərar qəbul edib, Cabbar Musayev MR-in yeni baş naziri təyin olunub.