Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib.
İctimai.az AZƏRTAC-a istinadən xəbər verir ki, İran İslam Respublikasının ölkəmizdəki səfiri Müctəba Dəmirçilu dövlətimizin başçısını qarşılayıb.














