İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibbackend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də İsrail Dövlətinin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqevi qəbul edib.

AZƏRTAC xəbər verir ki, Miri Reqev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İsrail dövlətinin başçısına çatdırmağı xahiş edib.

Görüşdə Bakıda keçirilən COP29-un əhəmiyyəti vurğulanıb, iqlim dəyişmələri ilə bağlı məsələlərin müzakirəsi baxımından bu tədbirin önəmli olduğu qeyd edilib.

Miri Reqev COP29-un yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb.

Söhbət zamanı ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb.