İlham Əliyev Sumqayıta səfər edibbackend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Sumqayıt şəhərində səfərdə olub.

İctimai.az xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Sentyabrın 3-də Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Daha sonra Prezidenti İlham Əliyev Sumqayıt Məhkəmə Kompleksinin açılışında iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərində 20 nömrəli tam orta məktəbin binasının istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə ştirak edib.

Sentyabrın 3-də Sumqayıt şəhərində güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməli qoyulub. Prezident İlham Əliyev təməlqoyma mərasimində iştirak edib.