İlham Əliyev Türkiyədəki səfiri geri çağırdı – YENİ TƏYİNATbackend

Prezident İlham Əliyev Xəzər Zafir oğlu İbrahimin Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Dövlət başçısının digər sərəncamı ilə, Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.