İlham Əliyev Vahid Ələkbərovu təltif etdibackend

Prezident İlham Əliyev Vahid Yusifoviç Ələkbərovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC xəbər yayıb.

Bildirilib ki, V.Ələkbərov Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə təltif edilib.

İctimai.az