İlham Əliyev və Mehriban Əliyeva Xocavənd rayonuna səfər ediblərbackend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 5-də Xocavənd rayonuna səfər ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və Birinci vitse-prezident Tuğ kəndində həyata keçiriləcək turizm layihələri barədə məlumat verilib.

Prezident İlham Əliyev burada İnzibati Mərkəzin və ilk yaşayış məhəlləsinin təməlini qoyub.

Sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Hadrut qəsəbəsində tam orta məktəbin bərpa layihəsi ilə tanış olub, ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər.

Dövlətimizin başçısına və Birinci vitse-prezident Turizm Məlumat Mərkəzi barədə məlumat verilib.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva İnzibati Mərkəzin təməlqoyma mərasimində iştirak ediblər.

Dövlətimizin başçısı Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin, Hadrut “Qovşaq” yarımstansiyasının və Rəqəmsal İdarəetmə mərkəzinin açılışlarını edib.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonunun Pirəhmədli kəndinin təməlqoyma mərasimində iştirak ediblər.

Dövlətimizin başçısı Füzuli-Hadrut avtomobil yolunun 12,3 kilometrlik hissəsinin açılışını edib, Dədəli kəndinin təməlini qoyub.