İlham Əliyev və Mehriban Əliyevadan Milli Mətbuat Günü ilə bağlı paylaşım – FOTOLARbackend

Prezident İlham Əliyev 22 iyul – Milli Mətbuat Günü ilə bağlı “Facebook” hesabında paylaşım edib.

İctimai.az xəbər verir ki, paylaşımda deyilir:

“Əsası “Əkinçi” ilə qoyulan, maarifçilik, müasirlik və müstəqillik ideyalarının daşıyıcısı olan Azərbaycan mətbuatı hər zaman ölkəmizin həyatında mühüm rol oynamışdır”.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 22 iyul – Milli Mətbuat Günü ilə bağlı “Instagram” hesabında paylaşım edib.

Hörmətli KİV nümayəndələri! Əziz dostlar!
Sizi Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, səadət, sevinc, nikbinlik, tükənməz enerji, yaradıcılıq uğurları və yeni-yeni nailiyyətlər arzulayıram!