İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Heydər Əliyevin məzarını və Fəxri Xiyabanı ziyarət ediblərbackend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan I Fəxri Xiyabanı ziyarət ediblər.

Dövlət başçıları Türk şəhidliyini və Şəhidlər Xiyabanını da ziyarət ediblər.

İctimai.az