İlham Əliyev Xalq artistinə mənzil bağışladıbackend

Prezident İlham Əliyev Azərbaycanın Xalq artisti, aktyor Vidadi Həsənova mənzil hədiyyə edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Xalq artisti özü məlumat verib.

Dövlət başçısı tərəfindən aktyora üçotaqlı mənzil hədiyyə edilib.

O bildirib ki, mənzilin açarları onun ad günündə təqdim olunub.

“Möhtərəm Prezident! Bu əlamətdar gündə mənə və ailəmə bəxş etdiyiniz sevincə görə Sizə dərin təşəkkürümü bildirirəm”, – deyə o qeyd edib.

İctimai.az