İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul edibbackend

Prezident İlham Əliyev avqustun 18-də Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanovun etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Prezident İlham Əliyev ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin və əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında fəal siyasi dialoqun aparıldığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanın Özbəkistanla beynəlxalq təşkilatlar, o cümlədən, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində yaxından əməkdaşlıq etdiyini bildirib.

İctimai.az