“İlham Əliyevin Ali Baş Komandanlığı ilə əldə etdiyi hərbi və siyasi qələbələr düşmənlərin planlarını puç edib” – Fərid Əliyevbackend

“Azərbaycanı gözü götürməyən müəyyən güclər regionda sülhün və sabitliyin pozulması istiqamətində addımlar ataraq, xüsusən COP29-a ev sahibliyi ərəfəsində Azərbaycana qarşı qarayaxma və böhtan kampaniyasına başlayıb”.

Bunu ekspert Fərid Əliyev Ermənistan Parlamentinin sədri Alen Simonyanın “delimitasiya komissiyalarının reqlamentinin mövcudluğunu həm Azərbaycanın, həm də ölkəmizin ən böyük qələbəsi hesab edirəm” sözlərini …Az-a şərh edərkən deyib.

Onun sözlərinə görə, dövlətimizi gözü götürməyən şər qüvvələr sülh və sabitlikdə maraqlı deyil:

“Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında sülh danışıqları, sərhədlərin delimitasiya və demarkasiyası prosesi regionda sülh və sabitlik üçün müəyyən imkanlar yaratmaqdadır. Möhtərəm Cənab Prezident dəfələrlə Ermənistana sərhədlərin delimitasiya və demarkasiyası prosesini düzgün şəkildə aparmağa çağırış edib. İndiki məqamda bu, xüsusilə önəmlidir, çünki dövlətimizi gözü götürməyən şər qüvvələr sülh və sabitlikdə maraqlı deyil. Lakin Prezident cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə əldə etdiyi hərbi və siyasi qələbələr onların planlarını puç edib. Onlar var gücləri ilə regionda sülhün və sabitliyin pozulması istiqamətində addımlar ataraq, xüsusən COP29-a ev sahibliyi ərəfəsində Azərbaycana qarşı qarayaxma və böhtan kampaniyasına başlayıb. Belə bir məqamda Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Komissiyanın fəaliyyətinin Əsasnaməsinin təsdiq edilməsi və ardınca hər iki ölkənin Baş nazirinin müavini qismində nümayəndələrin görüşü, həm də Qərbin məğlubiyyəti sayılmalıdır. Dövlətimiz yaratdığı mükəmməl siyasi strategiyalarla Qərbin mane olmağa çalışdığı proseslərin məhv olmasına nail oldu”.