İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatımız öz inkişafnı davam etdirirbackend

Dünən Prezident cənab İlham Əliyevin sədrliyi ilə cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Qlobal şokların aktiv olmasına baxmayaraq ötən rübdə Azərbaycan iqtisadiyyatı sürətli artım tempini qoruyub saxlaya bilib. Belə ki, birinci rübdə ümumi daxili məhsul 6,8 faiz artıb. Qeyri-neft iqtisadiyyatı isə 10 faizdən çox böyüyüb.

Beynəlxalq ictimaiyyət həm siyasi nöqteyi-nəzərdən postmünaqişə reallıqlarını qəbul edib, eyni zamanda, Azərbaycana olan maraq daha da artıb. Bu maraq böyük investisiya layihələrində özünü göstərir. Təkcə bu ilin üç ayında bərpaolunan enerji üzrə iki elektrik stansiyasının təməli qoyulub.Xarici dövlət borcu azalıb. Keçən ilin aprelində xarici dövlət borcu ÜDM-in 18 faizini təşkil edib, hazırda cəmi 12,5 faizdir. Azərbaycan bir il ərzində xarici borcu təqribən 600 milyon dollardan çox aşağı salıb

Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət nəticəsində qarşıda duran bütün vəzifələr icra edilir.

Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, 2022-ci ilin üç ayında Azərbaycan bütün sahələrdə, o cümlədən, sosial-iqtisadi inkişaf sahəsində uğurla inkişaf edib.

Deputat qeyd edib ki, bu müddət ərzində Azərbaycan iqtisadiyyatı artım tempini qoruyub saxlayıb. “Belə ki, ümumi daxili məhsulun 6,8 faiz artımı postpandemiya dövründə böyük nailiyyətdir. Bununla yanaşı, iqtisadiyyatımızın bütün sahələrində artım müşahidə edilib.

Qeyri-neft iqtisadiyyatı 10 faizdən, sənaye istehsalı 4 faizdir, qeyri-neft sənaye istehsalı 18 faizdən çox, xarici ticarət dövriyyəsi isə 60 faizdən çox artıb. Bununla yanaşı, Azərbaycan qeyri-neft iqtisadiyyatına qoyulan investisiyaların həcmində də artım qeydə alınıb. Belə ki, 2022-ci ilin yanvar-mart aylarında qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 10,1 faiz artıb”, – deyə deputat bildirib.

O əlavə edib ki, sosial sahədə də ölkəmiz bu ilin ilk rübünü uğurla başa vurub. “Bu müddət ərzində Azərbaycanda sosialyönümlü layihələrin icrası davam etdirilib, əhalinin həssas təbəqəsi bu layihələrdən faydalanıb.

Xüsusilə, şəhidlərin ailə üzvlərinə, öz sağlamlığını itirən müharibə əlillərinə, eyni zamanda, müharibə iştirakçılarına dövlət dəstəyinin genişləndirilməsi istiqamətdə sosial ödənişlərin təminatı həyata keçirilib, 93 min unikal şəxsə 103 min sosial ödəniş təyin olunub. 11 min şəhid ailəsi üzvü və müharibə əlilinə məşğulluq tədbirləri görülüb. Onların yarısı özünüməşğulluq proqramlarına cəlb edilib və bu çərçivədə onlara kiçik ailə təsərrüfatının qurulması imkanı yaradılıb. Bu ilin birinci rübündə 200 mənzil verilib, ilin sonunadək daha 1500 mənzilin təqdim olunması planlaşdırılıb. Bütün bu tədbirlərin həyata keçirilməsinə imkan verən amil Azərbaycanın iqtisadi inkişafıdır. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatımız öz inkişafnı davam etdirir”, – deyə deputat əlavə edib”.Trend