İlham Məmmədov şəhid ailələri və qazilərlə görüşübbackend

Millət vəkili, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri İlham Məmmədov 26 dekabr 2020-ci il tarixdə rayonun ən böyük kəndlərindən olan Qoyunbinəsi kəndində Vətən müharibəsində qəhrəmancasına şəhid və qazi olmuş sakinlərin evində olmuş, ailələrinə başsağlığı verərək, onların problemlərini yaxından dinləmişdir.

İctimai.az xəbər verir ki, İlham Məmmədov ilk olaraq şəhid İbrahim Hüseynov və Fərid Abışovun  evlərində olaraq, mərhum şəhidlərimizin valideynləri ilə görüşmüşdür.  İlham Məmmədov şəhid valideynlərinə  ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edərək, cənab Ali Baş Komandanın döyüş əmrini qəhrəmancasına yerinə yetirən bu qəhrəmanların ruhu qarşısında baş əydiyini və hər birimizin vəzifəsindən asılı olmayaraq məhz İbrahim kimi, Fərid kimi şəhidlərimizə borclu olduğunu bildirmişdir. Millət vəkili öz növbəsində şəhidlərimizin valideynlərinə belə qəhrəman, vətənpərvər övladlar böyütdükləri üçün minnətdarlıq hissi duyduğunu bildirmişdir. Şəhid valideynləri də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə minnətdar olduqlarını qeyd edərək, övladlarının torpaqlarımızdan yağı düşməni qovmasında göstərdikləri igidliklərinə, şəhid zirvəsinə ucalmalarına görə fəxarət hissi keçirdiklərini bildirmişlər.

İlham Məmmədov şəhid ataları İsa Hüseynovun və Əlfayım Abışovun problemləri ilə də yaxından maraqlanmış, bir sıra problemləri yerində həll etmiş, digərlərinin  həlli istiqamətində müvafiq qurumlara  məlumatların verilərək  qısa zamanda həlli yolunu tapacağını  vurğulamışdır.
Daha sonra Millət vəkili  İlham Məmmədov Vətən müharibəsində böyük igidlik və şücaət göstərərək öz sağlamlıqlarından keçmiş Qarabağ qaziləri Məhəmməd Şirinov və Bəxtiyar Məmmədovun evində olaraq onların səhhəti ilə yaxından maraqlanmışdır. İlham Məmmədov qəhrəman qazilərimizin göstərdikləri igidliklərdən dolayı bütün xalqımızın onlara minnətdar olduğunu bildirərək vurğulamışdır ki, məhz bu gün əzəli torpaqlarımız Qarabağın yağı düşməndən azad olunması qəhrəman şəhid və qazilərimizin canları, qanları bahasına əldə edilmişdir.  Millət vəkili İlham Məmmədov qəhrəman qazilərimizə Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının fəxri fərmanlarını və qiymətli hədiyyələr təqdim edərək onlara can sağlığı arzulamışdır. Qazilərimiz də öz növbəsində ölkə Prezidenti cənab Ali Baş Komandanın qarabağ qazilərinə göstərdiyi diqqət və qayğıdan dolayı minnətdar olduqlarını bildirmişlər. Millət vəkili qazilərimizin müalicəsi, onların özlərinin və ailələrinin problemləri ilə yaxından maraqlanmış, həlli istiqamətində müvafiq qurumlara məlumat verilərək qısa zamanda həllini tapacağına söz vermişdir. İlham Məmmədov torpaqlarımızın bütövlüyü uğrunda öz canlarını fəda edən qəhrəman şəhid və qazilərimizin hər zaman olduğu kimi bundan sonra da möhtərəm prezidentimiz İlham Əliyevin diqqət və qayğısı ilə əhatələndiyini bildirərək, ölkə rəhbərliyinin hər bir şəhid ailəsinin, hər bir qazinin bütün sosial və məişət problemlərinin həlli istiqamətində yüksək işlər gördüyünü diqqətə çatdırmışdır.

Ölkəmizin birinci xanımı, I Vitse Prezident Mehriban xanım Əliyevanın humanizm və xeyirxahlıq ideyalarının bariz nümünəsi olaraq, qarabağ qazilərinin müalicəsi, onların müasir protezlərlə təmin edilməsi bunun əyani sübutudur.