“TikTok” sosial şəbəkəsində şairə kimi tanınan İlhamə Elşadqızı həbs edilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, İlhamə Elşadqızı da digər tiktokerlər kimi “TikTok”da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyat zamanı saxlanılıb.
Son vaxtlar əxlaqsızlığın təbliğatçısı kimi sosial şəbəkə istifadəçilərinin qəzəbinə tuş gələn İ.Elşadqızı Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham edilir.
Onun istintaqdan gizlənmək ehtimalı nəzərə alınaraq azadlıqda qalması əsaslı hesab edilməyib və Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Haqqında irəli sürülən ittihamlar təsdiqlənərsə, onu səkkiz ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir.