İlhamənin əri vəfat edibbackend

“Əslində yoldaşım rəhmətə gedib”.

Bu sözləri müğənni İlhamə Qasımova şəxsi həyatı ilə bağlı “ABC 24”ə müsahibəsində bildirib.

Sənətçi uzun müddətdir gündəmdən düşməyən həyat yoldaşı ilə ayrılması məlumatlarına son qoyub:

“Ailə həyatım dörd il əvvəl mən Amerikaya getdiyim vaxt bitib. Mən bunu demirdim, çünki bu suallardan bezirdim. Şayiələr yazdılar ki, boşanıb. Dedim, ayıbdır, sabah eşidəndə özünüz xəcalət çəkəcəksiniz. Təəssüflər olsun ki, o, xəstəlik səbəbi ilə rəhmətə getdi. Səhnədən uzaqlaşdım. Çox pis idim, depressiyaya düşdüm”.