Bu gün ilk köç karvanı ilə Xocavənd şəhəri və Xocavənd kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
İctimai.az AZƏRTAC-a istinadən xəbər verir ki, açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Ailələr açarları sevinclə qəbul edərək, evlərində məskunlaşıblar.


















