İlon Mask kömək üçün Twitter istifadəçilərinə müraciət edibbackend

Twitter-in baş direktoru İlon Mask məşhur sosial şəbəkədə tövsiyə etdiyi paylaşımları bəyənmək üçün 128 milyon izləyicisindən kömək istəyib.

Bu barədə Business Insider məlumat yayıb.

Mask sosial şəbəkə daxilində yazıların işini yaxşılaşdırmaq üçün şərh və bəyənmə tələb edən bir neçə tvit yazıb.

O, Twitter istifadəçilərinə “Ürəyə basın” dedi. Başqa bir yazıda o, emoji simvolu ilə birlikdə oxşar mesaj buraxıb. Tvitlərin statistikasına əsasən, onlar milyonlarla baxış, ancaq minlərlə bəyənmə toplayırlar.

Twitter-in ən yaxşı 1000 reklamçısının təxminən yarısının 2023-cü ilin ilk həftələrində platformadakı reklamlara investisiya etməyi dayandırdığı deyilir.

Mənbə: Business Insider

İctimai.az