Son zamanlar qeyri-qanuni miqrantları fəal şəkildə tənqid edən və “sərhədləri bağlamağa” çağıran sahibkar İlon Maskın özü ABŞ-da qeyri-qanuni bizneslə məşğul olmağa başlayıb.
Bu barədə Amerikanın “The Washington Post” (WP) qəzeti SpaceX və Tesla şirkətlərinin yaradıcısının keçmiş tərəfdaşlarına istinadən məlumat yayıb.
Məqalədə qeyd olunur ki, “Cənubi Afrikalı İlon Mask ABŞ-da qeyri-qanuni işləyirdi”.
Nəşrin məlumatına görə, Mask 1995-ci ildə Stenford Universitetində təhsil almaq üçün Palo Altoya gəlib, lakin o, universitetə yazılmaq əvəzinə Zip2 startap şirkəti yaratmağa qərar verib. Jurnalistlər yazırlar ki, sahibkarın ABŞ-da qalması üçün qanuni əsasları yox idi, çünki o, təhsil müəssisəsinə yazılmayıb.
Nəşr qeyd edib ki, Mask redaktorun şərh sorğusuna cavab verməyib.