İlon Mask Ramzan Kadırova cavab verdibackend

İlon Mask özünün “Twitter” səhifəsində Ramzan Kadırovun təklifinə cavab verib.

İş adamı Çeçenistan rəhbərinə təklifə görə təşəkkür edib və Rusiya prezidentilə hətta birəlli döyüşə belə razı olduğunu deyib.

“Təklif üçün təşəkkür edirəm, amma belə bir təlim mənə çox böyük üstünlük verərdi. Əgər o, döyüşməkdən qorxursa, mən yalnız sol əldən istifadə etməyə razı olaram, hərçənd solaxay da deyiləm”, – deyə Mask yazıb.

Qeyd edək ki, dünyanın ən varlı adamı olan İlon Mask Rusiya prezidenti Vladimir Putini təkbətək döyüşə çağırıb. Ramzan Kadırov isə dövlət başçısı ilə döyüşə çıxmazdan əvvəl iş adamına Çeçenistan xüsusi təyinatlı qüvvələrində təlim keçməyi məsləhət görüb.