Cybertruck elektrik pikapı 2023-cü ilin üçüncü rübündə satışa çıxarılacaq.
Bu barədə “The Verge” nəşri Tesla-nın baş direktoru İlon Maskın sözlərinə istinadən xəbər verir.
Maskın sözlərinə görə, qeyri-adi yolsuzluq avtomobilinin kiçik həcmli istehsalına gələn ilin yayında başlanılacaq. Cybertruck-un kütləvi yığılması yalnız gələn il üçün planlaşdırılır.
“İstehsal xəttini işə salmaq üçün vaxt lazımdır, çünki bu, həqiqətən çox radikal bir məhsuldur. O, digər avtomobillər kimi hazırlanmayıb”, – Musk investorlara müsahibəsində deyib.

