Bu gün AFFA İntizam Komitəsinin iclasında “İmişli” – “Sumqayıt” qarşılaşmasına aid qərar qəbul edilib.
İctimai.az xəbər verir ki, Premyer Liqanın 4-cü turunda baş tutmuş oyunda “İmişli”nin heyətində adı oyunun iştirak ərizəsində olmayan futbolçu meydana daxil olub.
Buna görə də “Sumqayıt”a texniki qələbə verilib (3:0).