İmtahan nəticələri elan olundubackend

Aprelin 14-də inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə Bakı və Naxçıvan şəhərlərində kağız daşıyıcılar vasitəsilə keçirilən dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM)  verilən məlumata görə, namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (“Azercell”, “Bakcell”, “Nar”, “Naxtel”) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 2 764 namizəddən 46 nəfər imtahana gəlməyib.