İnam Kərimov ona yüksək vəzifə verdi – FOTObackend

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat baş tutub.

İctimai.az xəbər verir ki, bu barədə nazir İnam Kərimov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Valeh Əsədov Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini – Maliyyə-təsərrüfat sektorunun müdiri təyin edilib.

Azərbaycan Dövlət Aqrar Universitetinin məzunu olan Valeh Əsədov, Aqrar İnkişaf Könüllüləri hərəkatının təşəbbüs qrupunun üzvüdür. O könüllü fəaliyyətlərinə görə, müxtəlif dövlət qurumları tərəfindən dəfələrlə təltif olunub. Onun sonuncu iş yeri Kəpəz Televiziyası olub.