İndoneziya oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitinə dəvət olunub. “İzvestiya” qəzeti xəbər verir ki, bu barədə İndoneziyanın Rusiyadakı səfirliyində məlumat verilib.
“BRICS sammitinə İndoneziyadan kimin qatılacağını hələ bilmirik. Biz dəvət almışıq, lakin hələ ki, cənab Subiantonun BRİKS sammitində iştirak edib-etməyəcəyini bilmirik. 20 oktyabr 2024-cü ildə İndoneziyanın səkkizinci prezidentinin rəsmi andiçmə mərasimi keçiriləcək. Bu və digər görüşlərdən sonra yəqin ki, hökumətin ilk iclası baş tutacaq. Lakin açılışına cəmi iki gün qaldığını nəzərə alaraq, cənab Subiantonun BRİKS sammitində iştirak edəcəyinə əmin deyilik”, – deyə diplomatik nümayəndəlikdən bildiriblər.
Onlar güman edirdilər ki, yeni dövlət başçısı sammitdə iştirak etmək qərarına gələcək və ya onun adından tədbirdə iştirak etmək üçün kimisə təyin edəcək.