İndoneziya Rusiya neftini almağa hazır olduğunu açıqlayıbbackend

İndoneziyanın dövlət neft-qaz şirkəti Pertamina sentyabrda keçirdiyi tenderə Rusiyadan gələn neft növlərini daxil edib. Bu barədə Reuters agentliyi üç treyderə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Pertamina sonuncu dəfə Rusiya neftini on ildən çox əvvəl alıb. Şirkət 15-17 sentyabr tarixlərində özünün Cilacap neft emalı zavoduna çatdırılmaq üçün Urals markalı xammalı, həmçinin sentyabrın 18-20-də çatdırılmaq üçün Sokol markalı xammalı almaq istəyir.

Agentliyin mənbəsi aydınlaşdırıb ki, Pertamina Rusiya neftini yalnız G7 qaydalarına uyğun olaraq, yəni barreli 60 dollara satdığı halda ala bilər.İndoneziya Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib. Pertamina sözçüsü Hermansia Nasroen təsdiqləyib ki, şirkət Rusiya xam neftini almağa qərar verərsə, bu, qiymət həddi mexanizmindən keçəcək.

Mənbə: Reuters