İndoneziya sahillərində 6,0 bal gücündə zəlzələ baş verib. Bu barədə RİA Novosti ABŞ Milli Geoloji Xidmətinin (USGS) məlumatlarına istinadən məlumat yayıb.
Seysmoloqların sözlərinə görə, hadisə Moskva vaxtı ilə saat 03:02-də İndoneziyanın Ransiki şəhərindən 35 kilometr cənub-şərqdə qeydə alınıb. Mütəxəssislər mənbənin 9,1 kilometr dərinlikdə olduğunu bildiriblər.
Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur.
Mənbə: RİA Novosti