İndoneziyada baş verən torpaq sürüşməsindən sonra yeddi nəfər xilas edilməyibbackend

İndoneziyada baş verən torpaq sürüşməsi nəticəsində 80-dən çox insan itkin düşüb.

Bu barədə Reuters İndoneziyanın Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinə istinadən məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, faciə Qərbi Yava əyalətində baş verib. Güclü yağış nəticəsində torpaq sürüşməsi yerli kəndlərdən birini əhatə edib.

“İtkin düşənlərin sayı çoxdur. Bu gün axtarış-xilasetmə əməliyyatını optimallaşdırmağa çalışacağıq”, – İndoneziya xilasetmə xidmətinin sözçüsü Əbdül Muhari bildirib.