İndoneziyada daşqınlar və torpaq sürüşmələri nəticəsində 631 nəfər həyati təhlükəsi ilə üzləşib, 472 nəfərin axtarışları hələ də davam edir.
İndoneziyanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Agentliyinin (BNPB) verdiyi məlumata görə, bir milyon sakin evlərini tərk etmək məcburiyyətində qalıb.
Agentlik həmçinin daha 2600 nəfərin yaralandığını bildirib. Bundan əlavə, 3500 bina daşqınlar nəticəsində ciddi ziyan görüb, bir milyon insan evlərini tərk etməyə məcbur olub.
Son bir həftə ərzində Cənub-Şərqi Asiyada güclü küləklə müşayiət olunan leysan yağışları müşahidə olunur. Təbii hadisə İndoneziyanın Şimali Sumatra, Aceh və Qərbi Sumatra əyalətlərində daşqın və torpaq sürüşmələri ilə nəticələnib.














