İndoneziyada gəmi batıbbackend

İndoneziyanın mərkəzində Sulavesi adasının sahillərində balıqçı gəmisinin batması nəticəsində azı iki nəfər ölüb, 24 nəfər itkin düşüb.

Qeyd olunur ki, hadisə yerində qəzadan sağ çıxan və suda olan daha 11 ekipaj üzvü tapılıb.

İndoneziya Hərbi Dəniz Qüvvələrinin əməkdaşlarının cəlb olunduğu ərazidə axtarış əməliyyatı davam edir.

Mənbə: The Jakarta Post