TASS xəbər verir ki, İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzinin açıqlamasına görə, Semeru vulkanı Şərqi Yava əyalətində püskürüb.
Bəyanatda kül buludlarının vulkanın kraterindən 800 metr yuxarı qalxaraq dəniz səviyyəsindən 4476 metr yüksəkliyə çatdığı qeyd olunub.
Nazirlik külün şimal-şərq istiqamətində sürətlə yayıldığını izah edib. Vulkanın yerləşdiyi ölkənin mərkəzi hissəsinin sakinlərinə ehtiyatlı olmaq və isti qayaların püskürmə riski səbəbindən kraterdən ən azı beş kilometr uzaqda olmaq tövsiyə edilib.















