6 dekabr – Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü münasibətilə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) əməkdaşlarla görüş keçirilib.
Açılış nitqi ilə çıxış edən agentliyin İdarə Heyətinin sədri Nail Mərdanov əməkdaşları peşə bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci ildə imzaladığı müvafiq Sərəncamla artıq 18 ildir ki rabitəçilər dekabrın 6-nı öz peşə bayramları kimi qeyd edirlər.
Bu isə ölkə rəhbərliyinin rabitə və informasiya sahəsində çalışanlara göstərdiyi diqqət və qayğının nəticəsidir.
Natiq əlavə edib ki, texnologiyanın inkişaf etdiyi bir dövrdə tənzimləyici çərçivənin formalaşdırılması və bu inkişafın cəmiyyətin mənafeyinə yönəlməsi istiqamətində agentlik əməkdaşlarının üzərinə böyük vəzifə düşür.
Daha sonra İKTA-da çalışan qocaman rabitəçi, agentliyin Sənədlərlə iş şöbəsinin müdiri Elman Qədirov çıxış edərək müstəqillik dönəmində Azərbaycan rabitəsinin keçdiyi inkişaf yolundan danışıb.