Britaniyanın HMS Diamond esminesi Qırmızı dənizdə ticarət gəmisini hədəf alan raketlə şübhəli hücum pilotsuz təyyarəsini məhv edib. Bu barədə Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“HMS Diamond, Qırmızı dənizdə ticarət gəmisini hədəf alan şübhəli hücum pilotsuz təyyarəsini vurdu və hədəfi Sea Viper raketi ilə məhv etdi”, – Britaniya Müdafiə Nazirliyinin rəhbəri yazıb.
Bundan əvvəl Bundestaqın müdafiə komitəsinin rəhbəri Mari-Aqnes Ştrak-Zimmermann alman şirkətinə məxsus gəmiyə hücumdan sonra bildirmişdi ki, alman donanması Qırmızı dənizdəki ticarət gəmilərini qorumalıdır.
Mənbə: TASS













