Survation tədqiqat mərkəzinin sorğusuna əsasən, britaniyalıların demək olar ki, 70%-i Böyük Britaniyanın böhran içində olduğuna inanır. “The Sun” qəzeti yazır ki, sorğuda iştirak edənlərin üçdə ikisi ölkənin düzgün istiqamətdə getmədiyi qənaətindədir.
“Britaniya “sındırılıb” sualına respondentlərin 68%-i bəli, 23%-i isə yox, 9%-i isə cavab verməkdə çətinlik çəkib. Qəzet həmçinin bildirir ki, sorğuda iştirak edənlərin yalnız 21%-i ölkənin düzgün istiqamətdə getdiyinə inanır.
Sorğu İngiltərənin beş bölgəsində: Qərbi və Şərqi Midlend, Şimal-Şərqi və Şimal-Qərb, Yorkşir və Humber bölgəsində 2032 böyüklər arasında onlayn rejimdə aparılıb. Tədqiqat aprelin 11-dən 13-dək aparılıb və heç bir səhv həddi bildirilməyib.