İngiltərə nüvə yanacağının alınması üçün Ukraynaya 245 milyon dollar ayırdığını açıqlayıbbackend

Böyük Britaniya Ukraynaya atom elektrik stansiyaları üçün nüvə yanacağının, o cümlədən Britaniya şirkətlərindən alınması üçün 192 milyon funt-sterlinq (245 milyon dollar) verəcəyini vəd edib. Bunu Reuters agentliyinə Böyük Britaniyanın energetika naziri Qrant Şapps deyib.

Kiyevə səfəri zamanı Şapps qeyd edib ki, London zəmanəti Kiyevə gələcəkdə nüvə yanacağının Rusiyadan keçməsinə ehtiyac qalmamasına kömək etməlidir.

“Bu pul onun daha etibarlı mənbələrdən gələcəyinə zəmanət verir”, – deyə nazir bildirib.

Mənbə: A Haber