İngiltərə Premyer Liqası “Everton”a 4 xalı qaytarıbbackend

“The Athletic” portalı xəbər verir ki, İngiltərə Premyer Liqası maliyyə qaydalarını pozduğuna görə “Everton”un apellyasiya şikayətini təmin edib.

2023-cü ilin noyabrında Futbol Assosiasiyası (FA) 2021/22 mövsümündə yol verilən qayda pozuntularına görə mersisaydlıları on xaldan məhrum etdi. Premyer Liqa komandanın apellyasiya şikayətini təmin etdikdən sonra ona dörd xal qaytarılıb.

Müraciətlə bağlı qərar qüvvəyə mindikdən sonra “Everton” 21 xal əvəzinə 25 xal qazanıb və bunun sayəsində komanda ölkə çempionatının turnir cədvəlində 17-ci pillədən 15-ci yerə yüksəlib.

Mənbə: The Athletic