İngiltərə və ABŞ Yəməndə husilərin mövqelərinə zərbələr endiribbackend

İngiltərə və ABŞ Yəməndə husi hərəkatının mövqelərinə zərbələr endirib. Bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, zərbə husilərin Ənsar Allah hərəkatının mövqelərinə endirilib.

Bundan əvvəl Husi ordusunun sözçüsü Yəhya Saria Yəmən husilərinin Qırmızı dənizdə Britaniyaya məxsus Pollux tankerinə raket hücumu təşkil etdiyini bildirib. Bir neçə gün əvvəl ABŞ və Britaniya hərbçiləri Yəməndə husilərin hədəflərinə iki yeni zərbə endiriblər. Birinci hücumun hədəfi Ras İsa limanı, ikincisi isə Tuhayət bölgəsindəki bir sıra obyektlər olub.

Mənbə: Al Masirah