İngiltərə və Almaniya qarşılıqlı müdafiə müqaviləsi imzalayacaqlarbackend

Almaniya və Böyük Britaniya tərəflərin qarşılıqlı müdafiəsi haqqında müddəadan ibarət müqavilə imzalayacaqlar. Bu barədə Amerikanın “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Böyük Britaniya və Almaniya təhdid zamanı qarşılıqlı yardım haqqında müddəanı özündə əks etdirən geniş miqyaslı müqavilə imzalamağa hazırlaşır”, – nəşr yazır.

“Politico” yazır ki, müqavilənin iki ölkənin parlamentləri yay tətilinə çıxdığı iyulun 17-dən əvvəl imzalana biləcəyi gözlənilir.