İngiltərə və Uels qanuni evlilik yaşını 18-ə qaldırır

İngiltərə və Uelsdə nikah üçün minimum yaş həddi 16-dan 18-ə qaldırılan qanun fevralın 27-də qüvvəyə minib. Təşəbbüs gənc qızları məcburi nikahlardan qorumaq üçün nəzərdə tutulub.

“İngiltərə və Uelsdə qanuni nikah yaşı 18-ə yüksəldiyi üçün İngiltərə və Uelsdəki həssas uşaqlar məcburi nikahın zərərli təsirlərindən daha yaxşı qorunacaqlar”, – bəyanatda deyilir.

Mətndə qeyd edilir ki, qanunvericiliyə edilən bu dəyişiklik uşağa düzəlməz zərər vuran məcburi nikahlara son qoymalıdır. Bu addım həm də hökumətin qadınlara və qızlara qarşı zorakılıqla mübarizə öhdəliyinin bir hissəsidir.

Mənbə: Reuters

İctimai.az

Oxşar xəbərlər